Son dəqiqə

Rusiya

Moskva hava limanında iki təyyarə toqquşdu

Bakı, TurkicWorld

Rusiya aviaşirkətinin təyyarəsi Moskva hava limanında başqa bir təyyarə ilə toqquşub.

TurkicWorld bu barədə Rusiya KİV-ə istinadən xəbər verir.

"Hadisə 20 oktyabr tarixində Şeremetyevo hava limanında baş verib. Eniş etdikdən sonra zolaqdan gələn Airbus A320 təyyrərsi uçuş zolağına girməyə çalışan Boeing 737 təyyarəsinin qanadına toxunub", - məlumatda bildirilir.

Qeyd olunur ki, birinci təyyarənin göyərtəsində 103 sərnişin və 6 ekipaj üzvü, Kazandan uçan ikinci təyyarədə isə 162 sərnişin və aviaşirkətin 6 əməkdaşı olub.

Hadisə nəticəsində xəsarət alan olmayıb. "Airbus A320" təyyarəsi texniki vəziyyətinin qiymətləndirilməsi üçün uçuşlardan kənarlaşdırılıb.

Mövzuya görə xəbərlər