Bakı, TurkicWorld
Rusiya səfiri Georgi Zinovyev Cənubi Koreya Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.
TurkicWorld xəbər verir ki, bu barədə "Yonhap News Agency" məlumat yayıb.
Məlumata görə, Cənubi Koreyanın Xarici İşlər Nazirliyi Rusiya ilə Şimali Koreya arasında "Hərtərəfli strateji tərəfdaşlıq haqqında Saziş"in imzalanması ilə bağlı etirazını bildirib.
Qeyd edək ki, saziş oktyabrın 20-də Rusiya prezidenti Vladimir Putin ilə Şimali Koreya lideri Kim Çen In arasında imzalanıb.