Son dəqiqə

Rusiya Türkiyə Ticarət nazirliyi

Türkiyədən Rusiyaya mebel ixracı azalıb (ÖZƏL)

Bakı, TurkicWorld

2024-cü ilin yanvar – sentyabr aylarında Türkiyədən Rusiyaya mebel ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 33 faiz azdır, 109 milyon 857 min 74 dollara bərabər olub.

Bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

“Bu ilin sentyabr ayında Türkiyə Rusiyaya 13 milyon 544 min 42 dollar məbləğində mebel ixrac edib ki, bu da keçən ilin sentyabr ayı ilə müqayisədə 18,6 faiz azdır” – deyə nazirlikdən bildirilib.

Qeyd edək ki, 2024-cü ilin yanvar-sentyabr aylarında Türkiyənin mebel ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 1,9 faiz azalaraq, 5 milyard 828 milyon 607 min dollara bərabər olub.

“Bu ilin sentyabr ayında Türkiyə 661 milyon 819 milyon dollar məbləğində mebel ixrac edib ki, bu da keçən ilin sentyabr ayı ilə müqayisədə 2,6 faiz azdır” – deyə nazirlikdən bildirilib.

Qeyd olunub ki, son 12 ay ərzində (sentyabr 2023- sentyabr 2024) Türkiyə 7 milyard 866 milyon 77 min dollar məbləğində mebel ixrac edib.

Mövzuya görə xəbərlər