Bakı. TurkicWorld
Böyük Britaniya İordan çayının qərb sahilində İsrail nəzarətindəki yaşayış məntəqələrinin tikintisi ilə məşğul olan təşkilatlara qarşı sanksiyalar tətbiq edib.
TurkicWorld xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Biritaniya höküməti məlumat yayıb.
Bildirilir ki, "yeni sanksiyalar üç qeyri-qanuni yaşayış məntəqəsi və İordan çayının qərb sahilindəki icmalara qarşı zorakılığı dəstəkləyən dörd təşkilatı hədəf alır".
Qeyd edilir ki, sanksiyaya məruz qalanlar arasında "qeyri-qanuni məskunlaşma məntəqələrinin tikintisi ilə məşğul olan və İordan çayının qərb sahilində Fələstin icmalarına qarşı təhdidlər və zorakılıq hərəkətləri edən israilli mühacirlər üçün vəsait və digər iqtisadi resurslar təmin edən" Böyük Britaniyanın Amana təşkilatı da var.