Bakı, TurkicWorld
2024-cü ilin yanvar-sentyabr aylarında Türkiyənin Özbəkistana dəri məhsulları ixracı 2023-cü ilin eyni ayı ilə müqayisədə 40,3 faiz azalaraq, 5,5 milyon dollara bərabər olub.
Bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən bildiriblər.
“2024-cü ilin sentyabr ayında Türkiyə Özbəkistana 494 min dollar məbləğində dəri məhsulları ixrac edib ki, bu da ötən ilin eyni dövri ilə müqayisədə 51,8 faiz azdır”, – deyə nazirlikdən bildirilib.
Qeyd edək ki, 2024-cü ilin yanvar-sentyabr aylarında Türkiyənin dəri məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 21,3 faiz azalaraq, 1 milyard 167 milyon dollara bərabər olub.
“Bu ilin sentyabr ayında Türkiyə 132 milyon dollar məbləğində dəri məhsulları ixrac edib ki, bu da keçən ilin sentyabr ayı ilə müqayisədə 16,7 faiz azdır” – deyə nazirlikdən bildirilib.
Qeyd olunub ki, son 12 ay ərzində (sentyabr 2023-sentyabr 2024) Türkiyə 1 milyard 541 milyon dollar məbləğində dəri məhsulları ixrac edib.