Son dəqiqə

Tarixdə bu gün

Tarixdə bu gün - 16 oktyabr

Bakı. TurkicWorld

1793 Fransa kraliçası Mari Antoinette gilyotinlə edam edildi.

1924 Topkapı Sarayı muzey olaraq ziyarətçilərin istifadəsinə verildi.

1940 Varşava gettosu nasist SS qoşunları tərəfindən quruldu.

1951 Pakistanın baş naziri Əli Xan öldürüldü.

1961 CHP lideri İsmət İnönü prezident Camal Gürselə yazdığı məktubu ictimaiyyətə açıqladı. İnönü, Adnan Menderes, Fatin Rüştü Zorlu və Həsən Polatkanın edamlarının dayandırılmasını tələb etmişdi.

1964 Çin ilk atom bombasını sınaqdan keçirdi, dünyanın 4-cü nüvə dövləti oldu.

1970 Ənvər Sədat Misirin prezidenti oldu.

1978 Polşa kardinalı Karol Voytla, II. İoann Paul Papa seçildi.

1984 3 min imza ilə "Gökova Elektrik Stansiyasına Yox" müraciəti prezident Kənan Evrenə çatdırıldı.

1990 Sovet İttifaqının prezidenti Qorbaçov azad bazar iqtisadiyyatına keçidin olacağını bildirdi.

1992 Türkiyə Silahlı Qüvvələri İraqın şimalındakı Haftanin bölgəsində sərhədyanı əməliyyata başladı.

1994 Türk əsilli Almaniya vətəndaşları Leyla Onur və Cem Özdemir Almaniya parlamentinə deputat seçildi.

2002 İraq prezidenti Səddam Hüseyn yeni 7 illik prezidentliyi üçün keçirilən referendumda bütün səsləri aldı.

2002 ABŞ prezidenti Corc Buş İraqa qarşı müharibəyə icazə verən ABŞ Konqresinin təsdiq etdiyi qətnaməni imzaladı.

2020 44 günlük vətən müharibəsinin 20-ci günü. Azərbaycan Ordusu Xocavənd rayonunun Xırmancıq, Ağbulaq, Axullu kəndlərini işğaldan azad etdi. Bu barədə Prezident İlham Əliyev özünün rəsmi tviter səhifəsində məlumat verdi. Prezident İlham Əliyev Türkiyənin “A Haber” televiziya kanalına müsahibə verdi. Azərbaycan Ordusunun həyata keçirdiyi əməliyyatlar nəticəsində cəbhənin müxtəlif istiqamətlərində düşmənin xeyli sayda canlı qüvvəsi, 2 ədəd T-72 tankı, 1 ədəd BM-21 “Qrad” YARS qurğusu, 5 ədəd D-30 haubitsa topu, 2 ədəd ZSU-23-4 “Şilka” özüyeriyən zenit qurğusu və döyüş sursatı ilə yüklənmiş 8 avtomobil texnikası məhv edildi.

Mövzuya görə xəbərlər