Son dəqiqə

Rusiya

Rusiyada miqrant kvotasını təsdiqləyib

Bakı, TurkicWorld

Rusiya hökuməti 2025-ci ildə 10,595 miqranta müvəqqəti yaşamaq üçün icazə verməyi planlaşdırır.

TurkicWorld-in TASS-a istinadən məlumatına görə, Moskvada və Moskva ətrafında 1,350 miqrantın, Sankt-Peterburqda isə 200 miqrantın yaşamasına icazə veriləcək.

Bundan əlavə, Tatarıstan və Başqırdıstan respublikalarında bu kvota hər biri üçün 100 nəfərlə məhdudlaşdırılıb.

Son beş ildə Rusiya miqrant kvotasını tədricən azaldıb. Məsələn, 2023-cü ildə 13,500, 2022-ci ildə təxminən 19,000, 2021-ci ildə isə 39,000-dən çox miqranta icazə verilmişdi.

Mövzuya görə xəbərlər