Son dəqiqə

Azərbaycan Ermənistan Xarici İşlər Nazirliyi Rusiya

Rusiyada Azərbaycan və Ermənistan XİN başçıları arasında görüş nəzərdə tutulmayıb - RƏSMİ

Bakı, TurkicWorld

Moskvada Azərbaycan və Ermənistan XİN başçıları arasında görüş nəzərdə tutulmayıb.

Bu barədə TurkicWorld-in sorğusuna cavab olaraq, Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə deyib.

Xatırladaq ki, 6 oktyabr 2024-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Müstəqil Dövlətlər Birliyinin (MDB) Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak məqsədilə Rusiya Federasiyasının Moskva şəhərinə işgüzar səfərə yola düşüb.

Səfər çərçivəsində nazir Ceyhun Bayramovun MDB Xarici İşlər Nazirləri Şurasının iclasında çıxışı, habelə yüksək səviyyəli görüşlərdə iştirakı nəzərdə tutulur.

Mövzuya görə xəbərlər