Bakı, TurkicWorld
Sudanın qərbində yük təyyarəsi vurulub. Sudan Çevik Reaksiya Qüvvələrindən verdiyi məlumata əsasən, təyyarə heyətinə Rusiya vətəndaşları daxil olub.
TurkicWorld-un məlumatına görə, bu barədə Rusiyanın Sudandakı Səfirliyi bildirib.
"Səfirlik Sudan hakimiyyəti ilə daimi əlaqə saxlayır, bu hadisənin səbələrini araşdırmaq üçün bütün lazımi tədbirləri görür", - deyə qeyd olunub.
"İl-76" təyyarəsi döyüşlərin getdiyi Darfurda vurulub. Qəza yerində Rusiya pasportu və BƏƏ-də yerləşən Qırğızıstan aviaşirkətinin mühəndis vəsiqəsi tapılıb. BƏƏ Sudan Qüvvələrinə silah verməkdə ittiham olunur, BƏƏ ittihamları rədd edir.