Son dəqiqə

AZAL

Aktau şəhərində Azərbaycanın konsulluğu qarşısında həlak olanların xatirəsi yad edilib

Bakı, TurkicWorld

Aktau şəhərində AZAL-a məxsus təyyarənin qəzası nəticəsində həlak olanların xatirəsi Azərbaycanın konsulluğu qarşısında yad edilib.

TurkicWorld xəbər verir ki, bu barədə Mangistau vilayətinin İcra Hakimiyyəti tərəfindən müvafiq kadrlar paylaşılıb.

"Konsulluq binasına Qazaxıstan Xalqları Assambleyasının nümayəndələri, müxtəlif sahələrin təmsilçiləri, ictimai xadimlər, gənclər və Aktau sakinləri gələrək qardaş xalqın kədərini bölüşürlər. Aktau şəhərinin icra başçısı Abılkayır Baypakov başsağlığı kitabına qeyd yazaraq Azərbaycan xalqına dəstəyini ifadə edib. Vilayət rəhbərliyi də həlak olanların yaxınlarına başsağlığı verərək, Azərbaycan xalqına güclü olmağı diləyib, bu faciəli itki ilə bağlı onları dəstəkləyiblər", – deyə məlumatda bildirilir.

Qeyd edək ki, ötən gün Bakı-Qroznı marşrutu üzrə uçan "Embraer 190" sərnişin təyyarəsi Aktaunun hava limanından 3 km məsafədə qəzaya uğrayıb.

Aktau şəhərində qəzaya uğrayan Bakı-Qroznı reysini yerinə yetirən "Embraer 190" təyyarəsində 62 sərnişin, 5 ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər olub.

Qəzadan sonra xəstəxanaya 27 şəxs daxil olub. Onlardan 15 nəfər Azərbaycan Respublikasının, 8 nəfər Rusiya Federasiyasının, 3 nəfər Qırğızıstan Respublikasının vətəndaşıdır. Bir nəfərin şəxsiyyəti, hələlik müəyyən edilməyib.

Xəstəxanaya daxil olmuş şəxslərdən 11-i reanimasiya şöbəsində, 13-ü travmatologiya şöbəsində, 2-si neyrocərrahiyyə şöbəsində, 1-i isə cərrahiyyə şöbəsində müalicə alır. Həmin şəxslər Azərbaycan, Qazaxıstan və Rusiyadan ezam olunmuş peşəkar həkimlərin nəzarəti altındadır.

Mövzuya görə xəbərlər