Bakı, TurkicWorld
Meymun çiçəyi beynəlxalq narahatlıq doğuran ictimai sağlamlıq vəziyyətidir.
TurkicWorld xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Adhanom Ghebreyesus deyib.
Konqo Demokratik Respublikasında 10 ildən artıqdır ki, meymun çiçəyi virusuna yoluxma hallarının qeydə alındığını qeyd edən Ghebreyesus, hər il qeydə alınan hadisələrin sayında davamlı artım olduğunu bildirib.
"Ötən il qeydə alınan yoluxmaların sayı xeyli artıb. Bu il indiyədək qeydə alınan yoluxmaların sayı 14 mindən çoxdur. Xəstəliklə bağlı 524 ölüm faktı qeydə alınıb ki, bu da ötən ilin ümumi göstəricisini artıq ötüb.” – deyə o qeyd edib.
Xatırladaq ki, meymun çiçəyi xəstəliyi səbəbilə Afrika İttifaqı qitə üzrə ictimai səhiyyə sahəsində fövqəladə hal elan edib.
Hafiz Rufizoğlu