Son dəqiqə

Fələstin İsrail BƏƏ Ümumdünya Səhiyyə Təşkilatı (ÜST)

Qəzzadan Əbu-Dabiyə 85 nəfərin tibbi təxliyəsi həyata keçirilib

Bakı, TurkicWorld

Qəzzadan Əbu-Dabiyə 85 nəfərin tibbi təxliyəsi həyata keçirilib.

TurkicWorld xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Ghebreyesus sosial media hesabından paylaşım edib.

“Qəzzadan 85 xəstə və ağır yaralı, o cümlədən 35 uşaq xüsusi qayğı üçün Əbu-Dabiyə təxliyə edilib” – deyə o qeyd edib.

Ghebreyesus, son dərəcə mürəkkəb olan bu birgə təxliyənin BƏƏ Xarici İşlər Nazirliyi, ÜST və tərəfdaşları tərəfindən dəstəkləndiyini bildirib.

Ghebreyesus qeyd edib ki, bu, 7 oktyabr 2023-cü ildən bəri Qəzzadan həyata keçirilən ən böyük tibbi evakuasiyadır.

Hafiz Rufizoğlu

Mövzuya görə xəbərlər