Bakı,TurkicWorld
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) meymun çiçəyi epidemiyasından (mpox) təsirlənən ölkələrdə epidemiyanın qarşısını almağa kömək etmək üçün səhiyyə işçilərinin və nəzarətin artırılması, qarşısının alınması və cavab strategiyaları daxil olmaqla 135 milyon dollarlıq layihə hazırlayıb.
TurkicWorld xəbər verir ki, plan, xüsusilə pandemiyadan ən çox zərər çəkən Afrika ölkələri üçün nəzərdə tutulub.
“Konqo Demokratik Respublikasında və qonşu ölkələrdə MPOX epidemiyaları nəzarət altına alına bilər”, – deyə ÜST-nin baş direktoru Tedros Adhanom Ghebreyesus bildirib.
Bəyanatda həmçinin qeyd olunub ki, ÜST epidemiyadan təsirlənən ölkələrdə işçilərin sayını əhəmiyyətli dərəcədə artırıb.
Almaniya hökumətinin sözçüsü Steffen Hebestreit, Almaniyanın 100,000 doza mpox peyvəndini Afrika ölkələrinə hədiyyə etdiyini açıqlayıb.
Keçən həftə isə Fransa 100.000 doza peyvənd verəcəklərini açıqladılar .
Qeyd edək ki, epidemiyadan ən çox təsirlənən ölkə olan Konqo da, əvvəlki həftə 1000-dən çox yeni mpox hadisəsi qeydə alınıb.