Bakı, TurkicWorld
M-pox epidemiyası nəzarət altına alına və dayandırıla bilər.
TurkicWorld xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Ghebreyesus deyib.
"Bunun üçün beynəlxalq təşkilatlar, milli və yerli tərəfdaşlar, qeyri-hökumət təşkilatları, tədqiqatçılar, istehsalçılar və üzv ölkələr arasında əlaqələndirilmiş fəaliyyət tələb olunur.” – deyə o qeyd edib.
Ghebreyesus, 2022-ci ildə qlobal M-pox epidemiyasının başlamasından sonra 100 mindən çox təsdiqlənmiş hadisənin ÜST-yə bildirildiyini və Afrikada M-pox hadisələrinin görünməmiş bir artım olduğunu vurğulayıb.
“Təkcə bu il 16 mindən çox şübhəli hadisə, o cümlədən 575 ölüm halı qeydə alınıb.” – deyə o bildirib.
Ghebreyesus bildirib ki, keçən ay Tayland və İsveçdən, habelə Konqo Demokratik Respublikasına qonşu olan Burundi, Keniya, Ruanda və Uqandadan "clade 1b" tipli hallar qeydə alınıb.
Hafiz Rufizoğlu