Son dəqiqə

Tedros Adanom Gebreyesus Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) meymunçiçəyi xəstəliyi

Meymunçiçəyinin yayılmasının qarşısını almaq mümkündür - ÜST

Bakı, TurkicWorld

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adhanom Qebreyesus bildirib ki, yeni "mpox" virusunun yayılmasının qarşısını almaq mümkündür.

Trend xəbər verir ki, təşkilatın rəhbəri keçirdiyi brifinqdə deyib:

"Yeni "mpox" epidemiyası idarə oluna və dayandırıla bilər. Bunun üçün beynəlxalq agentliklər, milli və yerli tərəfdaşlar, vətəndaş cəmiyyəti, tədqiqatçılar və istehsalçılar, habelə üzv dövlətlərimiz arasında razılaşdırılmış qarşılıqlı fəaliyyət tələb olunur".

2022-ci ildən bəri ÜST-də 100 mindən çox təsdiqlənmiş "mpox" hadisəsinin qeydə alındığını deyən Baş direktor əlavə edib ki, Afrikada virusun misli görünməmiş səviyyədə artımı müşahidə olunur:

"2024-cü ildə qeydə alınan yoluxma hallarının 90 faizi Konqo Demokratik Respublikasında baş verib. Təkcə bu il 16 mindən çox insan bu xəstəliyə tutulub, o cümlədən 575 ölüm hadisəsi olub".

Virusun beynəlxalq narahatlıq doğuran ictimai səhiyyə fövqəladə halı elan edilməsinə aydınlıq gətirən Qebreyesus deyib ki, keçən ay virusun "Clade 1b" ştamına yoluxma təkcə Konqo ilə qonşu olan Burundi, Keniya, Ruanda və Uqandada deyil, həm də Tailand və İsveçdə qeydə alınıb.

ÜST və tərəfdaşlarının əlaqələndirilmiş qlobal, regional və milli səylər vasitəsilə epidemiyanın qarşısını almaq üçün qlobal strateji hazırlıq Planı hazırladığını qeyd edən Baş direktor bildirib:

"Plan hərtərəfli nəzarət və cavab tədbirləri strategiyasının həyata keçirilməsinə yönəlib, həmçinin elmi tədqiqatın inkişafı və tibbi əks tədbirlərə ədalətli çıxışı, yoluxma səviyyəsinin minimuma endirilməsini və icmaların epidemiyanın qarşısının alınmasında və ona nəzarətdə fəal iştirak etmək səlahiyyətinin artırılmasını ehtiva edir.

ÜST-nin virusa qarşı hazırlığı artırmaq və cavab tədbirlərinin koordinasiyanı gücləndirmək məqsədilə beynəlxalq, regional, milli və yerli tərəfdaşlarla genişspektrli iş apardığını diqqətə çatdıran Qebreyesus qeyd edib ki, təşkilatın Afrika Regional Ofisi ("Africa CDC") bu prosesə hökumətlərlə birlikdə rəhbərlik edəcək. Afrika bölgəsində "mpox" virusuna cavab səylərinin koordinasiyası Efiopiyada yerləşən "Africa CDC" ilə əməkdaşlıq şəraitində aparılacaq.

Mövzuya görə xəbərlər