Son dəqiqə

Avropa Komissiyası İlon Mask Keir Starmer

Avropa Komissiyası X-i bağlamaqla hədələyir

Bakı, TurkicWorld

Böyük Britaniyanın Baş naziri Keir Starmer ilə "X" sosial media platformasının sahibi İlon Mask arasındakı problem Avropaya yayılıb.

TurkicWorld xəbər verir ki, Böyük Britaniyanın Baş naziri Keir Starmer və X sahibi Elon Musk arasında başlayan müzakirəyə Avropa İttifaqı Komissiyası da qatılıb.

Belə ki, Maska Avropa İttifaqı Komissiyasından xəbərdarlıq məktubu gəlib. Platformada nifrət çıxışları və zorakılıq çağırışlarına qarşı tədbir görülməsi lazım olduğu, əks halda , şirkətin Avropada məhdudiyyətlərlə üzləşə biləcəyi bildirilib.

Avropa Komissiyasının daxili bazardan məsul üzvü Thierry Breton X platformasından göndərdiyi məktubunda Maska İngiltərədəki ifrat sağçı zorakılıq barədə yazıb.

Breton "zərərli məzmunun yayılmasını" dayandırmaq üçün ona Avropa qanunlarını və hüquqi öhdəliklərini xatırladıb.
.
"Biz Avropa İttifaqında seçkilərlə bağlı müzakirələr və müsahibələr də daxil olmaqla, böyük siyasi və sosial hadisələrlə bağlı zorakılıq, nifrət və irqçiliyə sövq edə biləcək məzmunun yayılması ilə bağlı potensial riskləri izləyirik", -deyə Breton məktubunda bildirib.

Breton, lazım gələrsə, X-a qarşı əlavə tədbirlər görüləcəyini də bəyan edib.

Qeyd edək ki, Mask öz paylaşımlarında İngiltərədəki ifrat sağçı zorakılıqla bağlı Baş nazir Keir Starmeri hədəf almışdı.

Amerikalı milyarder İngiltərənin immiqrasiya siyasətini tənqid edən paylaşımlar edərək, “Vətəndaş müharibəsi qaçılmazdır” deyə bildirmişdi.

Mövzuya görə xəbərlər