Bakı, TurkicWorld
Səudiyyə Ərəbistanının Məkkə şəhəri və Müqəddəs Yerlər üzrə Kral Komissiyası Məkkə üçün Vahid Geoməkan Platforması layihəsinin işə salınması ilə bağlı platforma qurulmasında irəliləyişlər əldə edir.
TurkicWorld xəbər verir ki, Səudiyyə KIV açıqlamasında bu təşəbbüsün şəhərin geoməkan məlumatlarının idarə edilməsi və istifadəsi üçün vahid çərçivə yaratmaq və bunları tək platforma üzərində toplamaq məqsədi daşıyır.
Günümüzdə geoməkan informasiya sistemləri iqtisadi artımı istiqamətləndimək, təhlükəsizliyi təmin etmək, inkişafı sürətləndirmək və qərar verməyi asanlaşdırmaq üçün önəmli əhəmiyyətə malikdir.
Sistem, dayanıqlı inkişafa nail olmaq və uzunmüddətli iqtisadi artımı təmin etmək üçün geoməkan məlumatlarından ağıllı istifadəyə imkan verməklə, yaradıcılıq və innovasiyaların təşviqində də mühüm rol oynayır.
Bu layihə Kral Komissiyasının müasir texnologiyaların coğrafi informasiya sistemləri ilə inteqrasiyası üzrə olan iddialı planının təməl bir hissəsidir.
Bu inteqrasiya, Səudiyyə Ərəbistanının Vizyon 2030-u və Kral Komissiyasının Məkkədə göstərdiyi xidmətlərin səviyəsini yüksəltmək, şəhər idarəetməsinin səmərəliliyini artırmaq və ziyarətçilər üçün yaddaqalan təcrübə təmin etmək kimi strateji məqsədləri dəstəkləyir.
Nailiyyətlərin qarşılığı olaraq isə, Məkkə Şəhəri və Müqəddəs Yerlər üzrə Kral Komissiyası 2024 Əsr Dünya Konfransında Geoməkan İnformasiya Sistemləri üzrə Müstəsna Performans Mükafatını alıb.
Qeyd edək ki, mükafat coğrafi informasiya sistemləri (GIS) texnologiyasının istifadə edilməsində vizyon, innovasiya, liderlik və fədakarlıq nümayiş etdirən bütün dünya üzrə qurumları və istifadəçiləri ön plana çıxarır. Bu isə öz növbəsində, Kral Komissiyasının Məkkəni ən yüksək beynəlxalq standartlara uyğun inkişaf etdirmək əzmini əks etdirir