Son dəqiqə

ABŞ G7 Yaxın Şərq

"G7" xarici işlər nazirləri Yaxın Şərqdə gərginliyin azaldılmasına çağırıb

Bakı, TurkicWorld

"Yeddilik Qrupu" (G7) ölkələrinin xarici əlaqələr qurumlarının rəhbərləri Yaxın Şərqdə artan gərginlikdən narahat olduqlarını bildiriblər və münaqişə tərəflərini gərginliyi azaltmaq üçün əməkdaşlığa çağırıblar.

TurkicWorld-in məlumatına görə, bu barədə ABŞ Dövlət Departamenti tərəfindən yayımlanan xarici işlər nazirlərin bəyanatında deyilir.

Nazirlər "Yaxın Şərqdə artan gərginlikdən dərin narahat olduqlarını" ifadə ediblər ki, bu da regionda daha da geniş münaqişənin alovlanması təhlükəsi yaradır. "Biz bir daha bütün iştirakçı tərəfləri cavab zorakılığının hazırkı dağıdıcı dövrəsini davam etdirməkdən çəkinməyə və gərginliyi azaltmaq üçün konstruktiv fəaliyyət göstərməyə çağırırıq", - deyə qeyd olunub.

Mövzuya görə xəbərlər