Bakı, TurkicWorld
Fələstin prezidenti Mahmud Abbas Fələstinin HƏMAS hərəkatının Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin öldürülməsi ilə əlaqədar dövlət səviyyəsində matəm elan edib və bayraqların yarıya endirilməsini əmr edib.
TurkicWorldxəbər verir ki, bu barədə WAFA agentliyi məlumat yayıb.
Yayılan məlumatda bildirilir ki, matəm avqust ayının 1-dək davam edəcək.
Həmçinin, Haniyənin ölümü ilə bağlı İranda da iyulun 31-dən avqustun 2-dək dövlət səviyyəsində matəm elan edilib.
Xatırladaq ki, HƏMAS hərəkatının Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin İranın paytaxtı Tehranda yerli vaxtla təxminən 02:00-da qaldığı yerə raket zərbəsi endirilməsi nəticəsində öldüyü bildirilir. HƏMAS rəsmi bəyanatında Siyasi Büro rəhbərinin ölümünü təsdiqləyərək, insidentdə İsraili günahlandırıb.
Hücum Haniyənin İranın yeni Prezidenti Məsud Pezeşkianın andiçmə mərasimində iştirakından sonra baş verib.