Son dəqiqə

Paris-2024 Yay Olimpiya Oyunları

Paris olimpiadasındakı yarış təxirə salınıb

Bakı,TurkicWorld

Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında kişilər arasında küçə skeytbordinqi yarışının ilkin və final mərhələsi təxirə salınıb.

TurkicWorld xarici KİV-lərə istinadən xəbər verir ki, buna əlverişsiz hava şəraiti səbəb olub.

Məlumata görə, bu gün baş tutmalı olan mübarizə iyulun 29-da gerçəkləşəcək.

Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.

Mövzuya görə xəbərlər