Son dəqiqə

Rəcəb Tayyib Ərdoğan Paris-2024 Yay Olimpiya Oyunları

Ərdoğan Paris 2024-də medal qazanan idmançıları qəbul edib

Bakı, TurkicWorld

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Paris 2024 Olimpiya Oyunlarında qalib gələn bəzi idmançıları və “8-ci Avropanın Ən Yaxşı Snayper Komandası Yarışması”nda qalib gələn əsgərləri qəbul edib.

TurkicWorld xəbər verir ki, Ərdoğan Prezident Kompleksində 30 Avqust Zəfər Bayramı Konsertindən əvvəl görüş keçirib.

Prezident idmançılar, əsgərlər və onların məşqçiləri ilə bir müddət söhbət edib.

Toplantıda Hasan Doğan, Fahrettin Altun və Akif Çağatay Kılıç da iştirak edib.

Mövzuya görə xəbərlər