Bakı, TurkicWorld
Azərbaycan paralimpiyaçıları bu gün "Paris-2024" Yay Olimpiya Oyunlarında mübarizəyə başlayacaqlar.
TurkicWorld xəbər verir ki, ilk yarış günündə üç idmançımız qüvvəsini sınayacaq.
Əvvəlcə paraüzgüçü Könül Süleymanova (S2 kateqoriyası, 100 metr məsafəyə arxası üstə üzmə) çıxış edəcək.
Daha sonra parakamandan oxatma üzrə yığmanın üzvü Cahan Musayev hədəfi dəqiq nişan almağa çalışacaq.
Ardınca isə parataekvondoçu Sabir Zeynalov (K44 kateqoriyası, 58 kiloqram) dayanq üzərinə çıxacaq. O, mübarizəyə 1/4 finaldan qoşulacaq.
Qeyd edək ki, Azərbaycan sentyabrın 8-dək davam edəcək yarışda 7 növ üzrə 18 idmançı ilə təmsil olunur.