Son dəqiqə

Paris-2024 Yay Olimpiya Oyunları

Paris-2024: Azərbaycan bağlanış mərasimində paraddan keçib

Paris. TurkicWorld

Paris-2024 Yay Olimpiya Oyunlarının bağlanış mərasimi davam edir.

TurkicWorld İdman.biz-ə istinadən xəbər verir ki, Azərbaycan yığması rəsmi paraddan keçib.

"Stad de Frans" stadionunda təşkil olunan mərasimdə bayrağımızı Olimpiadanın gümüş mükafatçısı, taekvondoçu Qaşım Maqomedov və bədii gimnastika üzrə yarışda 5-ci yeri tutan Azərbaycanın qrup hərəkətləri komandasının üzvü Zeynəb Hümmətova dalğalandırıblar.

Qeyd edək ki, Azərbaycan Paris-2024 Yay Olimpiya Oyunlarını 2 qızıl, 2 gümüş və 3 bürünc medalla başa vurub və medal siyahısın 30-cu olub.

Mövzuya görə xəbərlər