Son dəqiqə

ABŞ Co Bayden Donald Tramp

ABŞ Baydenə görə dəhşətli günlər yaşayır - Tramp

Bakı, TurkicWorld

Ölkə hazırki prezident Co Bayden administrasiyasının siyasəti səbəbindən çox pis vaxtlar və tənəzzül yaşayır.

TurkicWorld xəbər verir ki, Tramp bu barədə fikirlərini Florida ştatında tərəfdarlarının qarşısında çıxış edərkən səsləndirib.

"Biz tənəzzül yaşayan xalqıq. Biz əminliyini, iradəsini və gücünü itirmiş xalqıq, biz öz yolumuzu itirmişik. Lakin bu dəhşətin davam etməsinə icazə vermək fikrimiz yoxdur", - o deyib.

Bundan başqa, Tramp prezident Bayden və vitse-prezidenti Kamala Harrisi ABŞ tarixində ən pis və səriştəsiz administrasiyası adlandırıb.

Qeyd edək ki, ABŞ-də prezident seçkiləri bu il noyabrın 5-də keçiriləcək. Respublikaçılar Partiyası 15-18 iyul tarixlərində keçirilən Milli Qurultayda Donald Trampın namizədliyini irəli sürüb. ABŞ prezidenti Co Bayden seçki yarışından geri çəkildiyini açıqlayıb. O, prezident seçkilərində Demokratlar Partiyasının namizədi olaraq vitse-prezident Kamala Harrisi dəstəklədiyini açıqlayıb. Demokratlar Partiyası avqustun 7-dək prezidentliyə namizədini açıqlayacaq.

Mövzuya görə xəbərlər