Son dəqiqə

İtaliya Donald Tramp

Trampın Ukraynada qısa zamanda sülhə nail olmağa çalışması problemə səbəb olacaq - İtaliyalı nazir

Bakı, TurkicWorld

Görünür, Trampın planı hər şeyi tez, lakin ədalətsiz etməkdir.

TurkicWorld xəbər verir ki, bunu İtaliyanın müdafiə naziri Qvido Krozetto deyib.

Onun sözlərinə görə, ABŞ-nin keçmiş prezidenti Donald Tramp Ağ Evə qayıdacağı təqdirdə nəyin bahasına olursa olsun, Ukraynada qısa zamanda sülhə nail olmağa çalışacaq və bu problemə səbəb olacaq.

"Fikrimcə, o ABŞ-nin siyasət xəttini dəyişəcək, məsələni tez bağlamaq üçün Rusiya ilə dialoqu bərpa etməklə sülhə nail olmağa çalışacaq və bu da problem ola bilər", - o deyib.

Mövzuya görə xəbərlər