Son dəqiqə

Rusiya Ukrayna F-16

Rusiya Ukraynada vurulan F-16-lara pul mükafatı təyin edib

Bakı, TurkicWorld

Rusiyanın FORES şirkəti Ukraynada vurulacaq ilk F-15 və F-16 döyüş təyyarələri üçün 15 milyon rubl (təxminən 170 min dollar) mükafat verəcəyini açıqlayıb.

TurkicWorld xəbər verir ki, Rusiya Müdafiə Nazirliyindən verilən bəyanata görə bu gün keçirilən mərasimdə Ukraynadakı qarşıdurmalarda məhv edilən bəzi Leopard və Abrams tanklarına görə pul mükafatlarının verildiyi bildirilib.

Bəyanatda fikirləri yer alan və pul mükafatını təyin edən FORES şirkətinin sədr müavini İlya Potanin, "Bu gün hər birinə 500 min rubl olmaqla 17 Abrams və Leopard məhv edilyi üçün pul mükafatı verilib"- deyə qeyd edib.
Potanin həmçinin döyüş təyyarələri üçün də mükafat nəzərdə tutduqlarını deyib. O,"F-15 və F-16 döyüş təyyarələrinin məhv edilməsi üçün mükafat isə 15 milyon rubl olacaqdır" deyə əlavə edib.

Qeyd edək ki, ABŞ-ın müdafiə naziri Lloyd Austin iyulun 10-da verdiyi açıqlamada, ABŞ, Hollandiya və Danimarkanın da daxil olduğu koalisiyanın Ukraynanı F-16 döyüş təyyarələri ilə təmin etmək üçün çalışdığını bildirərək, “F-16-ların təhvil verilməsi rəsmi olaraq davam edir və Ukrayna bu yay F-16-ları işə salmağa hazır olacaq."- deyə vurğulamışdı.

Mövzuya görə xəbərlər