Son dəqiqə

ABŞ Rusiya Donald Tramp

Tramp Rusiya əleyhinə sanksiyaların tərəfdarı olmadığını bildirib

Bakı, TurkicWorld

ABŞ-nin keçmiş prezidenti və hazırki prezident seçkilərində Respublikaçılar Partiyasının rəsmi namizədi Donald Tramp Rusiya əleyhinə sanksiyaların tərəfdarı olmadığını bildirib.

TurkicWorld xəbər verir ki, Tramp bu barədə "Bloomberg" agentliyinə deyib.

Vaşinqtonun Moskvaya münasibətdə siyasətini şərh edən Tramp bildirib ki, Rusiya-Ukrayna müharibəsinin bitməsinə dair razılaşma çərçivəsində Rusiyaya qarşı sanksiyaları aradan qaldırmağı düşünür.

"Mən sanksiyaları sevmirəm. Biz onlarla yalnız hamını özümüzdən uzaqlaşdırırıq", - o deyib.

Bundan başqa, Tramp Rusiya prezidenti Vladimir Putinlə həmişə yaxşı münasibətinin olduğunu əlavə edib.

Qeyd edək ki, ABŞ-da prezident seçkiləri noyabrın 5-də keçiriləcək. ABŞ-nin keçmiş prezidenti Donald Trampın namizədliyi iyulun 15-də Respublikaçılar Partiyasının milli qurultayında rəsmi elan olunub.

Mövzuya görə xəbərlər