Bakı, TurkicWorld
Portuqaliya və Avstraliya Ukraynaya böyük məbləğdə yardım edəcək.
TurkicWorld bu barədə xarici KİV-lərə istinadən xəbər verir.
Məlumata görə, Vaşinqtonda keçirilən sammit zamanı Portuqaliyanın Baş naziri Luis Monteneqro ölkəsinin Ukraynanı qeyd-şərtsiz dəstəklədiyini bəyan edib.
"Mən onu da bildirmək istəyirəm ki, bu il bir qədər sonra biz verilən 126 milyon avroya daha 95 milyon avro əlavə edəcəyik", - Monteneqro qeyd edib.
Bundan başqa, Avstraliya da Ukraynaya təxminən 250 milyon dollar dəyərində hərbi yardım verəcək.
"Hökumət Avstraliyanın 250 milyon dollar dəyərində ən böyük tək hərbi yardım paketini elan edir", - deyə ölkənin Müdafiə Nazirliyinin rəsmi saytında dərc olunmuş məlumatında deyilir.