Bakı, TurkicWorld
Ölkə üzrə 117 min uşaq məktəbəqədər təhsilə cəlb edilib.
Bu barədə TurkicWorld-ə Elm və Təhsil Nazirliyindən məlumat verilib.
Qeyd edilib ki, ölkəmizdə bağçayaşlı uşaqların məktəbəqədər təhsilə cəlb olunma göstəricisi hazırda 35.7 faiz təşkil edir. Bu göstəricinin 50 faizə çatdırılması hədəflənir.
"2023-2024-cü tədris ilində yeni tikilən 14 məktəbəqədər təhsil müəssisəsi istifadəyə verilib, Cari il ərzində 5 məktəbəqədər təhsil müəssisəsi isə əsaslı təmir olunub. Hazırda ölkə ərazisində 1676 dövlət məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir.
Məktəbəqədər təhsilin əhatə dairəsinin genişləndirilməsinə dəstək məqsədilə Elm və Təhsil Nazirliyi tərəfindən "Alternativ məktəbəqədər təhsil xidmətlərinin təşkili" pilot qrant proqramı həyata keçirilir. Proqrama 19 layihə təqdim edilib və onlardan 16-sı qrant qazanıb. Layihələr Bakı, Lənkəran, Şəki, Şirvan, Füzuli, Zaqatala, Masallı, Astara, Göygöl və Naxçıvanda icra olunur. Ümumilikdə qrant proqramına 500-dən çox uşaq cəlb edilib", - deyə əlavə edilib.