BAKI,VOA
Canlı Sistemlərin Tədqiqi İnstitutuna yeni rəhbər təyinatı həyata keçirilib.
VOA xəbər verir ki, bu barədə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.
Elm və təhsil nazirinin müvafiq əmri ilə İradə Xəlilova Canlı Sistemlərin Tədqiqi İnstitutuna direktor müavini təyin olunub.
Martın 2-də Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarova yeni direktor müavinini institutun kollektivinə təqdim edib.
Görüş çərçivəsində institutun mövcud fəaliyyəti və inkişaf perspektivləri müzakirə olunub, qarşıda duran vəzifələr və prioritet istiqamətlər diqqətə çatdırılıb. Sonda kollektiv üzvlərinin sualları cavablandırılıb.







