Son dəqiqə

İsrail İran ABŞ Livan Benyamin Netanyahu Hizbullah

Livanın cənubunda işğal genişləndiriləcək, hücumlar davam edəcək - Netanyahu

BAKI, TurkicWorld, Orxan Qədirzadə

İsrailin baş naziri Benyamin Netanyahu ordunun Livanın cənubunda həyata keçirdiyi əməliyyatların genişləndirilməsi ilə bağlı göstəriş verdiyini bəyan edib.

TurkicWorld xəbər verir ki, Netanyahu çıxışında Livanın cənubunda “təhlükəsizlik zonası” adı altında nəzarətin genişləndirilməsi barədə qərar qəbul edildiyini bildirib. O, İsrailin şimal istiqamətində vəziyyəti “əsaslı şəkildə dəyişdirmək” niyyətində olduğunu vurğulayıb.

Baş nazir qeyd edib ki, qarşıya qoyulan hədəflərə çatana qədər hərbi əməliyyatlar davam etdiriləcək və hücumlar dayandırılmayacaq. Bu açıqlama regionda eskalasiyanın daha da dərinləşə biləcəyinə dair siqnal kimi qiymətləndirilir.

Netanyahu çıxışında İran və “Hizbullah”ın əvvəlki gücündə olmadığını iddia edərək İsrailin bu istiqamətdə uğurlar əldə etdiyini bildirib. Eyni zamanda o, İsrailin artıq Qəzza zolağının böyük hissəsinə və Suriyanın cənubundakı bəzi ərazilərə nəzarət etdiyini qeyd edib.

Mövzuya görə xəbərlər