Son dəqiqə

Türkiyə Ermənistan

Ermənistan Türkiyə ilə diplomatik münasibətlər qurmağa və sərhədləri açmağa hazırdır - Mirzoyan

Bakı. TurkicWorld :

Ermənistan Türkiyə ilə münasibətləri tam normallaşdırmağa, diplomatik münasibətlər qurmağa və sərhədləri açmağa hazırdır.

TurkicWorld xəbər verir ki, bu barədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan estoniyalı həmkarı Marqus Tsaxkna ilə birgə mətbuat konfransında deyib.

"Ermənistan Türkiyə ilə münasibətləri tam normallaşdırmağa, diplomatik münasibətlər qurmağa və sərhədləri açmağa hazırdır. Türkiyəli tərəfdaşlarımızla dialoqumuz nəticəsində tam tənzimləmə istiqamətində atıla biləcək addımları müəyyənləşdirmək üçün artıq aydın razılaşmalar əldə etmişik", - o deyib.

Bundan başqa, Mirzoyan İrəvan və Ankara arasında üçüncü ölkələrin vətəndaşları, eləcə də diplomatik pasportlara malik Ermənistan və Türkiyə vətəndaşları üçün sərhədlərin açılması məsələsinə toxunub.

"Biz daima bu razılaşmaya sadiqliyimizi təsdiqləyirik. Həqiqətən hesab edirəm ki, bu razılaşmaları reallaşdırmağın vaxtı gəlib çatıb", - o deyib.

Mövzuya görə xəbərlər