Son dəqiqə

Türkiyə Rusiya

Neriman Cəlalın azad edilməsi müsbət haldır – Türkiyə XİN

Bakı, TurkicWorld

Krım Tatar Milli Məclisinin sədr müavini Neriman Cəlalın Rusiya tərəfindən azad edilməsi müsbət haldır.

TurkicWorld xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi bəyanat yayımlayıb.

"Məhkum mübadiləsi çərçivəsində onun azadlığa buraxılmasını alqışlayırıq. Biz həbsdə olan Asan Ahmetov və Əziz Ahmetov da daxil olmaqla, digər Krım tatar soydaşlarımızın azadlığının təmin edilməsi üçün ən qısa zamanda lazımi addımların atılmasını gözləyirik " – deyə bəyanatda qeyd edilib.

Xatırladaq ki, Neriman Cəlal 2021-ci ilin sentyabrında Krımda saxlanılıb. Daha sonra o, həbs cəzasına məhkum edilib.

Hafiz Rufizoğlu

Mövzuya görə xəbərlər