Son dəqiqə

Türkiyə İran Hakan Fidan

Hakan Fidan İran xarici işlər nazirinin müavini Baqiri ilə görüşüb

Bakı.TurkicWorld:

Türkiyənin Xarici İşlər Naziri Hakan Fidan İran xarici işlər nazirinin müavini Əli Baqiri ilə telefon danışığı aparıb.

TurkicWorld xəbər verir ki, diplomatik mənbələrdən əldə edilən məlumata görə, Qəzzadakı son vəziyyətin müzakirə olunduğu görüşdə münaqişə vəziyyətinin regional səviyyəyə keçmə riski dəyərləndirilib.

Fidan görüş zamanı qeyd edib ki, Livanda gərginliyin artması İraq və Suriyaya mənfi təsir göstərə bilər.

Görüş zamanı həmçinin terrorizmlə mübarizə, iqtisadiyyat və nəqliyyat sahələrində ikitərəfli məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Mövzuya görə xəbərlər