Bakı. TurkicWorld:
Bu gün PwC Azərbaycan Şaukat Tapianın 1 iyul 2024-cü il tarixindən etibarən Ölkə üzrə yeni İdarəedici Partnyor vəzifəsinə təyinatını elan edib.
2011-ci ildən PwC-də fəaliyyət göstərən cənab Tapia əvvəllər PwC Monqolustanda Ölkə üzrə İdarəedici Partnyor və Audit praktikasının Rəhbəri vəzifəsində çalışıb. O, Kanada, ABŞ, Böyük Britaniya və Monqolustanda 20 ildən artıq peşəkar təcrübəyə malikdir.
Şaukat Tapia Hindistanda Sydenham Ticarət və İqtisadiyyat Kollecində Mühasibat Uçotu və Audit üzrə bakalavr dərəcəsi almışdır. O, Sertifikatlı İctimai Mühasibi (Kolorado, ABŞ), Monqolustan Auditorlar Palatasının və MONICPA-nın üzvüdür.
Cənab Tapia yeni təyinatını belə şərh edib: "Bu təyinat mənim üçün xüsusilə Azərbaycan və region üçün belə mühüm zamanda çox böyük şərəf və məsuliyyətdir. PwC komandası ilə müştərilərimiz və cəmiyyətimiz üçün etimadın yaradılması və uğurlu nəticələrin əldə olunmasına töhfə verməyi səbirsizliklə gözləyirəm".
PwC Azərbaycan cənab Tapianın rəhbərliyi və geniş təcrübəsi altında şirkətin yeni zirvələrə çatacağına əmindir.