Son dəqiqə

Avropa İttifaqı Ukrayna

Ukraynanın Aİ-yə üzvlüyü ilə bağlı danışıqlar başlayıb

Bakı,TurkicWorld

Lüksemburqda Ukraynanın Avropa İttifaqına (Aİ) üzvlüyü ilə bağlı danışıqlar başlayıb.

TurkicWorld xəbər verir ki, Aİ Şurasına sədrlik edən Belçika Kiyev və Kişinyova prosesin illər çəkə biləcək hər mərhələsində dəstək vəd edir.

Hazırda Aİ Şurasına sədrlik edən Belçikanın Xarici İşlər Nazirliyinin rəhbəri Hadja Labib Kiyevə icmaya qoşulmağın hər mərhələsində dəstək vəd edib.

Nazir əlavə edib ki, Belçika Ukraynaya Rusiya ilə müharibədə lazım olduğu qədər və intensiv şəkildə kömək edəcək.

“Biz birlikdə hər kəs üçün daha güclü, daha təhlükəsiz və çiçəklənən Avropa qura bilərik. Bunun baş verməsi üçün işə başlayaq. Biz bilirik ki, çox işimiz var”,- deyə Labib bildirib.

Mövzuya görə xəbərlər