Son dəqiqə

BMT

Aralıq dənizində 34 miqrantın cəsədi tapılıb

Bakı. TurkicWorld:

İtaliyanın Sahil Mühafizə Xidməti bu həftənin əvvəlində Aralıq dənizində miqrantları daşıyan qayığın batmasından sonra 34 cəsədi çıxara bilib.

TurkicWorld xarici KİV-lərə istinadən xəbər verir ki, 11 nəfər xilas edilib, digər itkin düşənlərin axtarışları davam etdirilir. Ölənlər arasında qadınlar və uşaqlar da var.

BMT-nin Qaçqınlar üzrə Agentliyinin və digər təşkilatların məlumatına görə, motorlu qayıq iyunun 16-na keçən gecə İtaliya sahillərində alovlanıb və batıb.

Qayıqda İran, Suriya və İraqdan olan təxminən 75 nəfər olub.

Mövzuya görə xəbərlər