Bakı, TurkicWorld
Xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 79-cu sessiyası çərçivəsində Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru Rafael Qrossi ilə görüşüb.
Bu barədə TurkicWorld Azərbaycan Xarici İşlər Nazirliyinin "X" hesabına istinadən xəbər verir.
Azərbaycan nüvə enerjisinin yayılmaması və dinc məqsədlərlə istifadəsində MAQATE-nin yoxlama sisteminin əvəzsiz rolunu vurğulayaraq, nüvə təhlükəsizliyini və onun möhkəmləndirilməsi üçün beynəlxalq əməkdaşlığı qətiyyətlə dəstəkləyir.
Xarici işlər naziri və baş direktor 2024-2029-cu illər üçün MAQATE ilə texniki əməkdaşlıq sahəsində Azərbaycan Respublikası üzrə Ölkə Çərçivə Proqramını (CPF) imzalayıblar.
Saziş texniki əməkdaşlıq fəaliyyətləri vasitəsilə dəstəklənəcək qarşılıqlı razılaşdırılmış prioritet inkişaf ehtiyaclarını və maraqlarını müəyyən edir.