Son dəqiqə

Ceyhun Bayramov

Ceyhun Bayramov AQEM-in Nazirlər Şurasının 7-ci iclasında iştirak edir

Bakı, TurkicWorld

Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Nazirlər Şurasının 7-ci iclası onlayn formatda fəaliyyətə başladı.

TurkicWorld xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin "X" sosial media hesabında qeyd edilib.

Qeyd edilib ki, Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov bir sıra mühüm qərarların qəbul ediləcəyi, o cümlədən, Azərbaycanın AQEM-ə sədrliyinin qəbul olunacağı Nazirlər Şurasının iclasında iştirak edir.

Mövzuya görə xəbərlər