Bakı,TurkicWorld
Sentyabrın 22-də Qırğızıstan Prezidenti Sadır Japarov Nyu-Yorkda (ABŞ) Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antonio Quterreş ilə görüşüb.
TurkicWorld xəbər verir ki, Antonio Quterreş Qırğızıstana səfəri zamanı göstərilən qonaqpərvərliyə və səmimiyyətə görə minnətdarlığını bildirib.
O, Sadır Japarovu özünün böyük dostu hesab etdiyini vurğulayıb və BMT-nin qapılarının onun üzünə hər zaman açıq olduğunu qeyd edib.
Japarov qeyd edib ki, Quterreşin Qırğızıstana səfəri Qırğızıstan ilə BMT arasında əməkdaşlığın daha da möhkəmlənməsinə güclü təkan verib.
O, Qırğızıstanın BMT-ni mötəbər və universal beynəlxalq təşkilat kimi tanıdığını vurğulayıb və onun fəaliyyətinin bundan sonra da bütün bəşəriyyətin sülh və rifahının qorunmasına, eləcə də qlobal sosial-iqtisadi və iqlim problemlərinin həllinə yönəldiləcəyinə əminliyini bildirib.