Son dəqiqə

Yunanıstan

Yunanıstanda yanğın səbəbindən insanlar təxliyyə edilib

Bakı. TurkicWorld:

Yunanıstanın paytaxtı Afinadan 30 kilometr aralıda yerləşən Lambrakidə baş verən meşə yanğını səbəbindən ətrafdakı yaşayış məntəqələri boşaldılıb.

TurkicWorld xəbər verir ki, bu barədə Yunanıstanın İqlim Böhranı və Mülki Müdafiə Nazirliyindən məlumat verilib.

Vətəndaşların cib telefonlarına göndərilən təcili xəbərdarlıqda, Koropi yaxınlığındakı Lambrakidə vətəndaşlardan meşə yanğını səbəbindən ərazini tərk etmələri istənilib.

Güclü külək səbəbindən nəzarət altına alına bilməyən yanğınla əlaqədar Kiçi qəsəbəsi boşaldılıb, təhlükəsizlik məqsədi ilə bəzi yollar bağlanıb.

Məlumat üçün qeyd edək ki, yanğın bəzi evlərə və iş yerlərinə sıçrayaraq maddi ziyana səbəb olub.

Küləyin sürəti saatda 90 kilometrə çatması səbəbindən söndürülmə işlərində çətinlik yaşanır.

Tasnem Ismukhan

Mövzuya görə xəbərlər