Son dəqiqə

Yunanıstan

Yunanıstanın kral ailəsinin yeganə üzvü vəfat edib

Bakı. TurkicWorld

Yunanıstan və Danimarka şahzadəsi, tarixçi və yazıçı Maykl 85 yaşında Afinada xəstəxanada vəfat edib.

TurkicWorld xəbər verir ki, bu barədə AFP agentliyi məlumat yayıb.

Şahzadə 1939-cu il yanvarın 7-də dünyaya gəlib və Yunanıstan kralı I Georginin sonuncu nəvəsi olub. Kral II Konstantinin 1967-ci ildə "qara polkovnikləri" devirmək üçün uğursuz cəhdindən sonra, o, kral ailəsinin ölkəni tərk etməyən tək üzvü olub.

Şahzadə Mayklın atası, Yunanıstan və Danimarka şahzadəsi Kristofer (1888-1940), Kral I George və Kraliça Olqanın beşinci oğuludur.

Agentliyin məlumatına görə, Yunanıstan və Danimarka şahzadəsi 1970-ci ildən bəri bir çox əsər nəşr edib. O, tarixi mövzulara üstünlük verərək, həmçinin kral ailəsi üzvlərinin tərcümeyi-hallarını yazmışdır.

Mövzuya görə xəbərlər