Son dəqiqə

Yunanıstan

Yunanıstan Lozanna müqaviləsinə məhəl qoymur

Bakı, TurkicWorld

Yunan hökuməti Lozanna müqaviləsinə məhəl qoymayaraq Qərbi Trakyadakı türk azlığının hüquqlarına qəsd etdi.

TurkicWorld xəbər verir ki, Qərbi Trakyadakı türklərə məxsus məktəblərin icra komitələrinin səlahiyyətləri Yunanıstan höküməti tərəfindən məhdudlaşırıldı.

Yunan hökumətinin sentyabrın 2-də, Gümülcinedəki Celal Bayar Orta Məktəbi və Liseyində şura komitələri ilə məsləhətləşmədən bu dəyişiklikləri etməsi ciddi narazılıqlara səbəb oldu.

İskeçe Azlıq Orta Məktəbi və Liseyi İcraiyyə Komitəsinin sədri Ozan Ahmetoğlu qəbul edilən qərarın türk azınlığını əhəmiyyətli dərəcədə narahat etdiyini bildirib.

Qərbi Trakya Azlıqlar Ali Təhsil Dərnəyinin (BTAYTD) sədri Hüseyn Baltacı da Yunanıstan Təhsil Nazirliyinin illərdir davam edən məktəblərin bağlanması və məhdudiyyət tətbiqlərinin dünyada qəbuledilməz səviyyəyə çatdığını bildirib.

Bu qərarın Türkiyə ilə Yunanıstan arasında imzalanan təhsil və mədəniyyət razılaşmalarına, o cümlədən Lozanna müqaviləsinə zidd olduğunu bildirən Ahmetoğlu idarə heyətinin hüquqlarının məhdudlaşdırılmamalı olduğunu deyib.

Mövzuya görə xəbərlər