Son dəqiqə

Türkiyə Yunanıstan

Türkiyədən Yunanıstana iki təyyarə və bir helikopter göndəriləcək

Bakı, TurkicWorld

Türkiyədən Yunanıstana iki təyyarə və bir helikopter göndəriləcək.

TurkicWorld xəbər verir ki, Türkiyə xarici işlər naziri Hakan Fidan Afina rəhbərliyinə Türkiyənin Yunanıstana mehriban qonşuluq münasibətləri çərçivəsində yardım etməyə hazır olduğu mesajını verib.

Yunanıstanın paytaxtı Afinanın şərqindəki Varnava bölgəsində baş verən yanğınla əlaqədar 9 kənd və 2 xəstəxana boşaldılıb.

Yunanıstan Səhiyyə Nazirliyindən verilən açıqlamada Nea Makri və Kapandritiosdakı sağlamlıq mərkəzləri ilə Afinadakı bəzi xəstəxanaların yanğın səbəbiylə artan sağlamlıq ehtiyacları səbəbiylə yüksək hazırlıq vəziyyətində olduğu qeyd edilib.

Meteoroloqlar və hökumət rəsmiləri cümə axşamına qədər hava şəraiti ilə əlaqədar meşə yanğınlarının artması ilə bağlı vətəndaşlara xəbərdarlıq edərkən, İqlim Böhranı və Mülki Müdafiə naziri Vassilis Kikilias ölkənin yarısının "qırmızı həyəcan" vəziyyətində olacağını bildirib.

Hafiz Rufizoğlu

Mövzuya görə xəbərlər