Son dəqiqə

Vladimir Putin Kim Çen In

Putin və Kim Çen Inn hərtərəfli strateji tərəfdaşlıq sazişi imzalayıb

Bakı.TurkicWorld :

Rusiya prezidenti Vladimir Putin və Şimali Koreya lideri Kim Çen Inn arasında təkbətək danışıqlar başa çatıb.

TurkicWorld xarici KİV-lərə istinadən xəbər verir ki, iki dövlətin liderləri Pxenyanda iki saata yaxın təkbətək danışıqlar aparıb.

Məlumata görə, dövlət başçılarının bu formatda ünsiyyəti üçün əvvəlcə bir saata yaxın vaxt ayrılsa da, lakin sonradan danışıqların vaxtı bir saat da uzanıb.

Daha sonra Putinlə Kim Çen Inn Rusiya Federasiyası və KXDR arasında hərtərəfli strateji tərəfdaşlıq haqqında Saziş imzalayıblar.

Mövzuya görə xəbərlər