Bakı.TurkicWorld :
Səudiyyə Ərəbistanına həcc ziyarəti zamanı istiyə görə həyatını itirən zəvvarların sayı 577-yə çatıb.
TurkicWorld xarici KİV-lərə istinadən xəbər verir ki, ölənlərin 323-ü misirli, 60-ı iordaniyalıdır.
Bundan başqa, bu il 23 Türkiyə vətəndaşı müqəddəs torpaqlarda həcc ziyarətini yerinə yetirərkən dünyasını dəyişib.
Qeyd edək ki, Səudiyyə Ərəbistanının Milli Meteorologiya Mərkəzi iyunun 17-də Məkkədəki Böyük məsciddə temperaturun 51,8 dərəcəyə çatdığını bəyan edib.