Son dəqiqə

Azərbaycan Qafqaz Müsəlmanları İdarəsi Səudiyyə Ərəbistanı Həcc ziyarəti Həcc və Ümrə ziyarəti

Həcc ziyarəti üzrə kvotanın 70 faizi tamamlandı

BAKI,TurkicWorld

Həcc ziyarəti üzrə kvotanın 70 faizi tamamlanıb.

Bu barədə TurkicWorld-in sorğusuna cavab olaraq Qafqaz Müsəlmanları İdarəsinin Xarici Əlaqələr şöbəsinin müdiri, Həcc elektron sistem rəhbəri Vüsal Cahangiri məlumat verib.

"Təyin olunmuş vaxt bitdikdə, kvotanın tamamlanıb-tamamlanmamasından asılı olmayaraq qeydiyyat prosesi yekunlaşdırılacaq", o, bildirib.

Qeyd edək ki, sənəd qəbulu üçün son tarix 2026-cı ilin fevralın 15-i müəyyən edilib. Həcc ziyarətinin qiyməti bu il üçün 6 100 ABŞ dolları, yəni 10 388 AZN təşkil edir.

Mövzuya görə xəbərlər