Son dəqiqə

Nvidia Microsoft

Nvidia dünyanın ən dəyərli şirkəti olub

Bakı. TurkicWorld:

ABŞ-ın çip istehsalçısı Nvidia bazar dəyərinə görə Microsoft-u geridə qoyaraq dünyanın ən dəyərli şirkəti olub.

TurkicWorld xəbər verir ki, Nasdaq birjasında satılan ABŞ-ın çip istehsalçısı Nvidia-nın səhmləri 3 faizdən çox dəyər qazanaraq bir səhm üçün 135,96 dollara yüksəlib.

Səhmlərinin artması ilə şirkətin ümumi bazar dəyəri 3,34 trilyon dollara çatıb. Nvidia-nın səhmləri 170 faizdən çox dəyər qazanıb.

Beləliklə, Microsoft-un 3,32 trilyon dollarlıq bazar dəyərini keçən Nvidia, dünyanın ən dəyərli şirkəti olub.

Məlumat üçün qeyd edək ki, Nvidia-nın bazar dəyəri iyunun əvvəlində ilk dəfə olaraq 3 trilyon dolları keçdi.

Hafiz Rufizoğlu

Mövzuya görə xəbərlər