Son dəqiqə

Ermənistan

Ermənistanın hakim fraksiyası parlamentin növbədənkənar iclasında iştirak etməyəcək

Bakı.TurkicWorld :

Ermənistanın hakim Vətəndaş Müqaviləsi Partiyası bu gün keçiriləcək parlamentin növbədənkənar iclasında iştirak etməyəcək.

TurkicWorld erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu Ermənistanın hakim partiyasının parlament fraksiyasının katibi Artur Hovannisyan bildirib.

Onun sözlərinə görə, iclas qanunun tələbi ilə çağırılacaq, lakin yetərsay olmadığına görə baş tutmayacaq.

"Növbədənkənar iclasda baş nazir Nikol Paşinyanın istefası müzakirəyə çıxarılacaq", - o əlavə edib.

Mövzuya görə xəbərlər