Son dəqiqə

Ermənistan

Ermənistan səfiri İsrail XİN-ə çağırılıb

Bakı. TurkicWorld:

Ermənistan səfiri İsrailin Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.

TurkicWorld bu barədə xarici KİV-lərə istinadən xəbər verir.

Məlumata görə, buna səbəb İsrailin Fələstin dövlətini tanıdığını elan etməsi olub.

Qeyd edək ki, Ermənistan Xarici İşlər Nazirliyi Fələstin Dövlətinin tanınması ilə bağlı bəyanat yayıb.

Bəyanatda deyilir ki, “müxtəlif beynəlxalq platformalarda Ermənistan həmişə Fələstin probleminin sülh yolu ilə və hərtərəfli həllini müdafiə edib və İsrail-Fələstin münaqişəsinin həllinin “iki dövlət” prinsipini dəstəkləyib”.

“Ermənistan Yaxın Şərqdə sülh və sabitliyin bərqərar olmasında, yəhudi və Fələstin xalqları arasında davamlı sülhün bərqərar olunmasında səmimi maraq göstərir. Müxtəlif beynəlxalq platformalarda biz hər zaman Fələstin probleminin sülh yolu ilə və hərtərəfli həllinin tərəfdarı olmuşuq və İsrail-Fələstin münaqişəsinin həllində “iki dövlət” prinsipini dəstəkləmişik”, – məlumatda qeyd olunub.

Mövzuya görə xəbərlər